28 C
Baku
Saturday, July 27, 2024

Çingiz Əsədullayev: “İlham Əliyevin əsgəriyəm, hara qaçıram?!”

Mən prezident İlham Əliyevin əsgəriyəm. Əsl əsgərlər isə fərari olmurlar. Mən niyə qaçmalıyam? Hara qaçmalıyam? Kimdən qaçmalıyam axı?!”

Bunu virtualaz.org saytına açıqlamasında “Azəriqazbank” Müşahidə Şurasının sədri, sabiq deputat Çingiz Əsədullayev deyib.

Ç.Əsədullayev bir çox müxalifət KİV-lərində onun Azərbaycandan qaçmasının mümkünlüyü barədə yayılan məlumatlara münasibət bildirərkən vurğulayıb ki, bunlar bəzi müxalifətçilərin uydurmasından başqa bir şey deyil, lakin onların bu arzuları ürəklərində qalacaq.

Sabiq deputatın sözlərinə görə, rəhbərlik etdiyi bank öz işini davam etdirir və heç bir problemi də yoxdur: “Mən ictimai işlərdən müvəqqəti olaraq kənara çəkilmişəm və diqqətimi tamamilə  bankın fəaliyyətinə yönəltmişəm. Bizim bank öz sözünü hələ bundan sonra deyəcək. Biz yolun hələ başlanğıcındayıq”.

Ç.Əsədullayev onu da əlavə etdi ki, “Azəriqazbank”ın kollektivi bu gün bankın mərkəzi ofisinin qarşısında fləşmob keçirib. Bununla da bankın vahid ailə olması mesajı verilib.

Son xəbərlər
Digər xəbərlər