26 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Çinin ən böyük İT iş adamlarının sərvəti $87 mlrd. azalıb

Screen Shot 2021 09 02 at 14.34.20

Çinin 20 ən böyük texnologiya şirkətinin rəhbərlərinin ümumi sərvəti “Didi” taksi xidmətinin birjaya çıxdıqdan sonra 16% azalıb.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg”ə istinadən “Financial Times” yazıb.

Ən çox “Pinduoduo” mağazalar şəbəkəsinin qurucusu Kolin Huan zərər çəkib – o, 15.6 milyard dollar və ya sərvətinin üçdə birini itirib. “Tencent”in qurucusu Ma Huaten sərvətinin 22%-ni – demək olar ki, 12 milyard dollar itirib.

“Alibaba”nın qurucusu Cek Manın sərvəti iyun ayının sonundan etibarən 2.6 milyard dollar, “Ant Group”un birjaya çıxmaq planlarının ləğv edilməsindən sonra isə daha 13 milyard dollar azalıb.

Xatırladaq ki, iyun ayının sonunda Çin hökuməti texnologiya sektoruna təzyiqi artırıb. Həmin dövrdə Çində fəaliyyət göstərən “Didi” taksi xidməti birjaya çıxıb və 4.4 milyard dollar investisiya cəlb edib. Bir neçə gün sonra Çin tənzimləyicisi istifadəçilərin şəxsi məlumatlarının saxlanması qaydalarını pozduğuna görə ona qarşı araşdırmaya başlayıb.

Bununla yanaşı, Çin hökuməti məktəb fənlərini tədris edərək qazanc əldə etməyi, o cümlədən kommersiya məqsədli bütün təhsil platformalarını qadağan edib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər