16 C
Baku
Saturday, April 27, 2024

Çinin ən böyük şirkəti Venesueladan neft alışını dayandırıb

Çinin ən böyük energetika şirkəti “PetroChina” bu ay Venesueladan birbaşa xam neftin idxalından geri çəkilib. “China National Petroleum Corporation” nəzdində fəaliyyət göstərən şirkət 5 milyon barel həcmində xam neft idxalını ləğv edib.

Venesuela isə bununla əsas gəlir mənbəyi olan xam neftinin əsas idxalatçılarından birini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Lakin, bu o demək deyil ki, Çin ümumilikdə Venesuela neftindən üz döndərir. Çinin bəzi neft emalı zavodları xam neft idxalını davam etdirəcək.

“Bloomberg” tərəfindən toplanan informasiyaya görə, cari ildə Çin Venesueladan günlük 339000 barel xam neft idxal edib. Bu idxalın böyük hissəsi isə “PetroChina” şirkətinin payına düşüb.

Şirkətin ləğv qərarının əsas səbəbi kimi ABŞ-ın Venesuelaya qoyduğu sanksiyalar ehtimal edilir. Qeyd edək ki, bundan əvvəl Türkiyənin ən böyük bankı “Ziraat Bank” Venesuelanın Mərkəzi Bankı ilə əməliyyatları dayandırmışdı.

©BBN.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər