11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Çinin ən zəngin şirkətləri sırasına ilk dəfə kriptobiznes daxil olub

Şanxay Hurun Research İnstitute Böyük Çinin (ÇXR, Honkonq, Makao və Tayvan) ən yaxşı şirkətlərinin siyahısını açıqlayıb. Reytinqə ilk dəfə kripto-valyuta sənayəsi daxil edilib.

Siyahının aparıcı iştirakçıları mayninq avadanlıqlarının ən böyük istehsalçıları Bitmain,   Canan Creative və Ebang təyin edilib.

Qeyd edək ki, Bitmain 70 milyard yuan (10.4 milyard dollar) kapitalla 13-cü yeri tutmuşdur. Canaan, 3 milyard dollarlıq kapital ilə 32 yerə layiq görülüb. Ebang isə ilk üçlüyü 53 yerdə 1.5 milyard dollar dəyəriynən bağlıyıb.

Media artıq üç şirkətin Hong Kong Fond Birjasında (HKEX) İPO-ya keçmək niyyətində olduğunu bildirib.

May ayında müvafiq müraciət Canaan tərəfindən verilib, iyul ayında isə Ebang Communication göstərilən nümunəynən davam edib. İPO-ya hazırlıq çərçivəsində güyam ki  Bitmain Sequoia Capital-dan 400 milyon dollar alıb.

Son xəbərlər
Oxşar xəbərlər