26 C
Baku
Friday, April 19, 2024

Çinin ən böyük banklarından biri ICBC China Banking

ICBC China Banking (Industrial & Commercial Bank of China) – Çinin və dünyanın ən iri kommersiya banklarından biridir. Bank məhdud məsuliyyətli şirkət olaraq 1 yanvar 1984-cü ildə yaradılmışdır. Bank Çin bank sektorunun beşdə bir hissəsinə nəzarət edir.

Bank çoxlu sayda müştəriyə müxtəlif növ maliyyə xidmətləri göstərir. Bankın çoxlu sayda filialı var, eləcə də bank öz əməliyyatlarını Honkonqda ICBC Asia adı altında həyata keçirir. Korporasiya hazırda ən iri korporasiyalar reytinqində 92-ci yeri tutur. 

Bankın bütün səhmləri Çin hakimiyyətinin səlahiyyətindədir. Bankın baş rəhbəri və direktorlar şurasının sədri Tszyan Tszyantsindir. Bankın baş qərargahı Pekində yerləşir. Bu bank əmanətlərin etibarlılığı, müştərilərə qarşı gözəl ünsiyyət və ağıllı siyasəti ilə yəqin ki daha da böyüyəcək və inkişaf edəcək. Ötən illərlə müqayisədə bankın gəlir və mənfəəti artır. Bank Çinin ən böyük dörd bankından biridir.

Son xəbərlər
Digər xəbərlər