Çinin ən böyük kriptobirjası “Huobi” hökumətin basqıları fonunda daxili bazardan çıxır. Qeyd edək ki, qərar sentyabrın 24-ü səhmdarların ümumi yığıncağında yekdilliklə qəbul edilib.
Banker.az xəbər verir ki, həmin günü Çin tənzimləyicisi ölkədə bütün kriptovalyuta əməliyyatlarının vəxidmətlərinin qadağan edildiyini açıqlayıb.
“Huobi” dərhal yeni istifadəçilərin qeydiyyatını dayandırıb və iki gün sonra 2021-ci ilin sonuna qədər mövcud Çin istifadəçilərini siləcəyini bildirib.