23 C
Baku
Tuesday, October 8, 2024

Çinin ən zəngin adamının sərvəti bir gündə 2,5 milyard dollar azalıb

Çinin ən zəngin adamı Cek Manın sərvəti 2,6 milyard dollar azalıb və hal-hazırda 63,4 milyard dollar təşkil edir.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl sahibkarın idarə etdiyi “Ant Group” şirkəti IPO keçirməyi planlaşdırmışdır. Bundan sonra planların təxirə salındığı açıqlanıb və “Alibaba” şirkətinin səhmləri Honkonq birjasında 6,8% ucuzlaşıb (36,04 dollar).

Mesajda bildirilir ki, narahatlıqların səbəbi tənzimləyici orqanların nümayəndələri ilə söhbətdən sonra ortaya çıxan “əhəmiyyətli məsələlər”lə bağlı olub. Baş direktor və direktorlar şurasının sədri Cek Ma noyabrın 2-də sorğu-suala tutulub. “Financial Times” yazır ki, məsələnin təfərrüatları açıqlanmayıb.

Son xəbərlər
Digər xəbərlər