8 C
Baku
Monday, November 18, 2024

Çinin əsas bankı Rusiya ilə bütün hesablaşmaları dayandırdı

Rusiya idxalçıları üçün əsas hesablaşma mərkəzi rolunu oynayan Çin bankı “Chouzhou Commercial” Rusiya Federasiyası ilə bütün əməliyyatları dayandırıb. 
Bu barədə “Vedomosti” qəzeti maliyyə ekspertləri və sahibkarlara istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hesablaşmaların dayandırılması bütün banklararası ödəniş sistemlərinə təsir edib: beynəlxalq SWIFT, Rusiya SPFS və Çin CIPS.
“Logistikanın çökməsi demək olar ki, qaçılmazdır”, – məqalədə qeyd olunur.
Tezliklə Çində uzunmüddətli bayramlar başlayacaq – Çin Yeni ili, bütün ölkədə təxminən iki həftə ardıcıl olaraq qeyd olunur (rəsmi olaraq fevralın 10-dan 17-dək). Materiala görə, bu o deməkdir ki, ən azı mart ayına qədər ölkədən mal ixrac etmək mümkün olmayacaq və bu, bir çox əməliyyatların uğursuzluğuna səbəb ola bilər.
Son xəbərlər
Digər xəbərlər