“Forbes” jurnalı Çinin ən varlı adamlarını açıqlayıb. Nəşrin məlumatına əsasən, 2025-ci ildə reytinqə “Labubu” oyuncaqlarının istehsalçısı “Pop Mart” şirkətinin rəhbəri Van Nin daxil edilib. O, 22,3 milyard dollarlıq sərvətlə siyahıda onuncu yeri alır.
Reytinqin lideri “TikTok”un sahibi olan “ByteDance” şirkətinin təsisçisi Çjan İmindir. 41 yaşlı sahibkarın sərvəti 65,5 milyard dollar dəyərində qiymətləndirilir. İlk üçlüyə həmçinin içməli su və alkoqolsun içkilər istehsal edən “Nongfu Spring” şirkətinin rəhbəri Çjun Şanşan və texnologiya nəhəngi “Tencent”in rəhbəri Ma Huaten daxil olub. Onların sərvəti müvafiq olaraq 58,7 və 52,2 milyard dollar təşkil edir.
Reytinqdə dördüncü və beşinci siraları “Xiaomi”nin rəhbəri Ley Çzun (46,2 milyard dollar) və “NetEase”nin rəhbəri Uilliam Din (42,4 milyard dollar) tutub. Qeyd edək ki, ilk onluğa həmçinin onlayn mağaza şəbəkəsi “Temu”nun sahibi Kolin Huan (37,9 milyard dollar), “Midea Group”un rəhbəri He Syançzan (27,9 milyard dollar), “Alibaba Group”un rəhbəri iş adamı Cek Ma (25,7 milyard dollar) və avtomobil istehsalçısı “BYD”nin sahibi Van Çuanfu (24,5 milyard dollar) daxil olub.


                                    




