10 C
Baku
Wednesday, December 11, 2024

Çinin 10 ən zəngin milyarderinin sərvəti $7 mlrd. azalıb

Kotirovkalardan asılı olaraq real vaxt rejimində yenilənən “Forbes Real-Time” reytinqinin məlumatına görə, Çinin 10 ən zəngin iş adamının ümumi sərvəti ölkənin Kommunist Partiyası Konqresi başa çatdıqdan sonra 6.9 milyard dollar azalıb.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Çinin ən zəngin milyarderi “Nongfu Spring” qablaşdırılmış su markasının rəhbəri Zhong Shanshanın sərvəti bir gündə 2 milyard dollar azalaraq 59.8 milyard dollara, internet nəhəngi “Tencent”in qurucusu Ma Huatenin kapitalı ticarət nəticəsində 2.4 milyard dollar azalıb. İlk onluğa daxil olan digər milyarderləri sərvəti 1 milyard dollardan az azalıb.

Çin Kommunist Partiyasının 20-ci qurultayı 16-22 oktyabr 2022-ci il tarixlərində keçirilib. Onun əsas nəticələrindən biri Si Tsinpinin üçüncü dəfə Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə yenidən seçilməsi olub.

Lakin Kommunist Partiyasının qurultayı və Si Cinpinin yenidən seçilməsindən əvvəl də milyarderlərin vəziyyəti asan deyildi. Belə ki, 2022-ci il Çinin ən zəngin insanları üçün şəxsi kapitallarına görə onillikdə ən pis il ola bilər.

Son xəbərlər
Digər xəbərlər