11 C
Baku
Tuesday, April 15, 2025

Çinin ABŞ ilə ticarəti artıb

Bu ilin yanvar-mart aylarında Çin ABŞ ilə ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % çox – 154,58 milyard ABŞ dolları dəyərində ticarət aparıb.

Bu barədə Çinin Baş Gömrük İdarəsi (BGİ) məlumat yayıb.

Məlumata görə, I rübdə Çinin ABŞ-yə ixracının dəyəri 115,61 milyard dollar (4,5 % çox), bu ölkədən idxalının dəyəri isə 38,97 milyard dollar (1,4 % az) təşkil edib.

Eyni zamanda, hesabat dövründə Çin – Rusiya əmtəə dövriyyəsi illik müqayisədə 6,6 % azalaraq 53,21 milyard ABŞ dolları olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər