Çin Xalq Respublikası Dövlət Şurasının mətbuat ofisi tərəfindən dərc edilən “Yeni dövrdə Çin və Afrika: bərabər tərəfdaşlıq” adlı sənədə əsasən, 2020-ci ilin sonunda Çinin Afrika dövlətlərinə birbaşa investisiyalarının ümumi həcmi 43 milyard dolları ötüb.
Bildirilir ki, Çin qitədə 3.5 mindən çox şirkət yaradıb və investisiyaların böyük hissəsi özəl müəssisələrin payına düşür. Banker.az xəbər verir ki, Çin şirkətləri Afrikada milyonlarla yeni iş yeri yaradıb, onların işçi qüvvəsinin 80%-dən çoxunu isə yerlilər təşkil edir.
Kənd təsərrüfatı çinli investorlar üçün prioritet sahələrdən biridir: 2020-ci ilin sonuna kimi 200-dən çox Çin şirkəti 35 Afrika ölkəsinin kənd təsərrüfatı sektoruna ümumilikdə təxminən 1.11 milyard dollar sərmayə qoyub. Ağ kitabda vurğulandığı kimi, Çində hazırda Afrikadan təxminən 350 növ kənd təsərrüfatı məhsulu idxal etməyə icazə verilir ki, bu da ikitərəfli ticarətin artmasına töhfə verir.