2 C
Baku
Sunday, December 15, 2024

Çinin avtomobil istehsalçısı “Geely” öz smartfonlarını buraxacaq

“Geely”nin qurucusu Erik Li yeni “Hubei Xingji Shidai Technology” şirkətini yaradıb.

Banker.az xəbər verir ki, törəmə şirkət Uhan İqtisadi və Texnoloji İnkişaf Bölgəsi ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb.

“Hubei Xingji Shidai Technology”nin qərargahı Uhan şəhərində yerləşəcək. O, “smartfonlar da daxil olmaqla yüksək səviyyəli ağıllı cihazların inkişafı üçün qlobal texnologiya və qaynaqların inteqrasiyasına” diqqət yetirəcək.

“Geely” smartfonlarını hansı marka altında satacağını və istehsala nə zaman başlayacağını açıqlamayıb. Buna baxmayaraq, avtomobil şirkəti “Apple”, “Samsung” və “Xiaomi” ilə rəqabət aparmalı olacaq.

Erikin fikrincə, ağıllı avtomobillərlə smartfonlar arasında sıx əlaqə var. Və gələcəkdə görəcəyimiz əsas tendensiya “transsərhəd istifadəçi ekosistemlərinin” yaradılması olacaq.

Son xəbərlər
Digər xəbərlər