24 C
Baku
Monday, April 29, 2024

Çinin avtomobil ixracı yanvar-fevral aylarında 30 faiz artıb

Çinin avtomobil ixracı 2024-cü ilin ilk iki ayında illik müqayisədə 30,5 faiz artıb.

Bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyası məlumat yayıb.

Bu dövrdə, ümumilikdə, 822 min avtomobil ixrac edilib.

Sərnişin nəqliyyatı vasitələrinin ixracı illik müqayisədə 31,5 faiz artaraq 686 min ədədə, kommersiya avtomobillərinin ixracı isə ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz artaraq 136 min ədədə çatıb.

Çin bu dövrdə 182 min ədəd elektrikli avtomobil ixrac edib və bu, illik 7,5 faiz artım deməkdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər