15 C
Baku
Saturday, April 20, 2024

Çinin avtomobil sektoru ticarət müharibəsi fonunda dövlətdən təşviq gözləyir

Çində çətinliklərlə üzləşmiş avtomobil sektoru, ABŞ ilə artan ticarət ziddiyyətinin fonunda Pekindən güclü təşviqlər gözləyir. Bu haqda “South China Morning Post” xəbər verir.

Banker.az xəbər verir ki, sənaye nümayəndələri, Pekin və yerli səlahiyyətli orqanlardan sektora yeni dəstək siyasətini tətbiq etməsini gözləyir. Bu siyasət pul köçürmələri, vergi kesintileri və vergi imtiyazlarından istifadə edilən avtomobil satışlarının təşviqinə qədər dəyişə bilər.

Çin Avtomobil İstehsalçıları Birliyinin (CAAM) məlumatlarına görə, aprel ayında avtomobil satışları 14,6% azalaraq 1,98 milyona düşüb.

Dünyanın ən böyük avtomobil bazarında satışların azalması artıq on aydır ki, qeydə alınıb. Mart ayında satışlar 5,2%, aprel ayında isə 14% azalıb.

Ötən ilin nəticələrinə görə, Çində avtomobil satışları 6% azalaraq 22,7 milyona düşüb. Satışların azalması 20 ildən çoxdur ki, ilk dəfə olaraq qeydə alınıb.

Avtomobil bazarının göstəricilərinə təsir edən amillərdən biri ölkədə iqtisadi artımın azalması və Pekin-Vaşinqton arasındakı ticarət müharibəsi olmuşdur.

“Ticarət müharibəsi ilə əlaqəli olan itkilər, səlahiyyətliləri stimullaşdırma tədbirlərini görməsinə təşviq edə bilər”, – “Yiyou Auto Service” şirkətinin satış meneceri hesab edir.

Avtomobil, nəqliyyat və sənaye araşdırma şöbəsinin rəhbəri Kelvin Lau sonuncu hesabatında yazır: “Potensial təşviq siyasətini nəzərə alsaq, 2019-cu ilin ikinci yarısında bazarın bərpası üçün yaxşı imkanlar görürük. Bununla yanaşı, əgər mövcud ticarət gərginliyi daha da artsa, Çinin ictimai istehlakı artırmaq məqsədilə təşviq siyasətinə başlaması ehtimalı da artır”.

Qeyd edək ki, aprel ayında Pekin istehsal sektoruna əlavə dəyər vergisini 16%-dan 13%-dək azaldıb. Bu, avtomobil istehsalçılarına qiymətləri 2% azaltmağa və satışları artırmağa kömək edib.

Ötən həftə ÇXR-in Ticarət Nazirliyi bildirib ki, Pekin istifadə olunmuş avtomobillərin ixrac edilməsi qaydalarını işləyib hazırlayacaq. Bu, ölkənin avtomobil sektorunu stimullaşdıran amillərdən biri olacaq. Bu haqda nazirliyin sədri Gao Feng xəbər verib.

Son xəbərlər
Digər xəbərlər