1995-2023-cü illərdə Çin Azərbaycana 930.8 miyon ABŞ dolları birbaşa investisiya yatırıb.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı”nda bildirib.
Onun sözlərinə görə, bunun 754.1 milyon ABŞ dolları neft-qaz, 176.7 milyon ABŞ dolları isə qeyri-neft-qaz sektoruna yatırılıb.
“Hazırda ölkəmizdə 245 Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərir”, – deyə icraçı direktor qeyd edib.
“Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu ilin yanvar -may aylarında iki ölkənin ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 26% artaraq 1.3 milyard ABŞ dolları təşkil edib”, – deyə Y.Abdullayev əlavə edib.