9 C
Baku
Friday, December 13, 2024

Çinin Azərbaycanın idxal həcmindəki payı azalıb

2020-ci ilin yanvar-aprel ayında ölkənin xarici ticarət dövriyyəsi 9 mlrd. 688,3 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 mlrd. 306,4 mln. dollar, idxalın dəyəri 3 mlrd. 381,8 mln. dollar təşkil edib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin yanvar-aprel ayında ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin,

  1. 18,05 faizi Rusiya,
  2. 14,87 faizi Türkiyə,
  3. 12,57 faizi Çin,
  4. 9,57 faizi ABŞ
  5. 5,31 faizi Almaniya,
  6. 4,39 faizi İtaliya,
  7. 4,32 faizi Ukrayna,
  8. 2,81 faizi İran,
  9. 2,24 faizi Böyük Britaniya,
  10. 1,87 faizi Yaponiya,
  11. 1,69 faizi Fransa,
  12. 1,64 faizi Koreya,
  13. 1,34 faizi Türkmənistan
  14. 1,27 faizi Hindistan
  15. 1,18 faizi Belarus
  16. 16,88 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

İdxalda əsas lider pay sahibi olan – Rusiyanın bu barədə rəqəmi böyüyüb. Belə ki, ötən il idxalda əsas pay sahibi olan Rusiya 14,52 faiz pay sahibi olduğu halda bu il 18,05%-ə yüksəlib.

Martda idxalda 13,39% paya sahib olan Çin apreldə 12,57%-ə düşüb.

Son xəbərlər
Digər xəbərlər