Çinin borcu ÜDM-in 295%-nə çatıb

Beynəlxalq Hesablaşmalar Bankının (BIS) son məlumatlarına görə, ikinci rübdə Çinin qeyri-maliyyə sektoruna verilən ümumi kreditlər 51.87 trilyon dollara çatıb ki, bu da ölkənin ÜDM-sindən üç dəfə çoxdur (295%). Yaponiyanın “Nikkei” agentliyinin bildirdiyi kimi, bu borc Çin üçün 1995-ci ildən bəri rekorddur. Müqayisə üçün ABŞ-da borc ÜDM-in 263.5%-ni, Böyük Britaniyada – 257%-ni, Almaniyada – 195%-ni təşkil edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qeyri-maliyyə sektoruna ümumi kreditlərin ÜDM-ə nisbəti, BIS hesablamalarına görə, Honkonqda (463%), Yaponiyada (425%) və Lüksemburqda (422%) müşahidə edilir.

Ekspertlər Çinin daxili borcunun artmasını sərt anti-COVID tədbirləri səbəbindən iqtisadiyyat və istehsaldakı yavaşlamanın öhdəsindən gəlməyə çalışan regional hakimiyyət orqanlarından borclanmanın artması ilə əlaqələndirirlər. Qeyd olunur ki, ÇXR-in regional hakimiyyət orqanları cəlb olunmuş borc vəsaitlərini əsasən infrastruktur layihələri və bir sıra iri inşaatçıların problemləri səbəbindən ikinci ildir çətin vəziyyətdə olan tikinti sənayesinin dəstəklənməsinə yönəldirlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər