Çinin iri dövlət bankları svop və spot tranzaksiyaların kombinasiyasından istifadə edərək böyük məbləğdə ABŞ dolları satıblar. Verilən məlumata görə, bundan sonra forvard məzənnəsi bir dollar üçün 6.95 yuana düşüb. Mənbələr bunun Çinin valyuta ehtiyatlarına (3 trilyon dollar) təsir etmədiyini qeyd edib.
Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
Sentyabrın 26-da Çin Xalq Bankı yuanı bir dollar üçün 7.0722 səviyyəsinə endirib ki, bu da 30 iyun 2022-ci ildən bəri ən aşağı səviyyədir. Bu il yuan dollar qarşısında 11%-dən çox zəifləyib. Çin Mərkəzi Bankı dollarla olan forvard müqavilələri üzrə ehtiyat nisbətini sıfırdan 20%-ə qaldırıb.
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) sentyabrda uçot dərəcəsini 75 baza bəndi – illik 2.25-2.5%-dən 3-3.25%-ə qaldırıb. Bu, dolların digər dünya valyutaları qarşısında möhkəmlənməsi deməkdir.
ABŞ Prezidenti Co Baydenin fikrincə, dünya iqtisadiyyatının problemləri dolların möhkəmlənməsi ilə deyil, bəzi ölkələrdə iqtisadi artımın olmaması və “ehtiyat siyasəti” ilə bağlıdır.