Çinin “Chery” avtomobil istehsalçısı Vyetnamda 800 milyon dollar dəyərində zavod tikərək birgə müəssisə qurmaq üçün yerli şirkətlə müqavilə imzalayıb.
İmzalanma mərasimindən sonra verilən açıqlamaya əsasən, ildə 200 min avtomobil istehsal etmək gücünə malik zavodda “Chery”nin “OMODA” və “JAECOO” elektrik modelləri buraxılacaq.
Tikintinin birinci mərhələsinin 2026-cı ilin əvvəlində başa çatması gözlənilir.
Avropada avtomobil satan və İtaliyada bir zavodu olan “Chery” bu ilin sonunadək iki yeni elektromobil modelini Vyetnama idxal etməyə başlayacaq.