9 C
Baku
Sunday, November 17, 2024

Çinin çip istehsalçıları ABŞ-ın sanksiyalarına görə $8.6 mlrd. itiriblər

Yarımkeçirici istehsalı üzrə ixtisaslaşan Çin şirkətləri ABŞ-ın sənayeyə daha sərt ixrac nəzarəti səbəbindən bazar dəyərinin 8.6 milyard dollarını itiriblər. Banker.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Çinin ən böyük mikroçip istehsalçısı olan “Semiconductor Manufacturing International” şirkətinin qiymətli kağızları 4% ucuzlaşıb. Digər şirkətlərin itkiləri daha çox olub: “Hua Hong Semiconductor” – 9.4%, “Shanghai Fudan Microelectronics” – 20.2%. ABŞ-ın sanksiyalarından zərər çəkənlər sırasına həmçinin “Naura Technology”, “ACM Research Shanghai” və “Advanced Micro-Fabrication Equipment” daxildir.

Xatırladaq ki, ABŞ oktyabrın 7-sində 31 Çin şirkətini “potensial şübhələr”in olması səbəbindən sanksiyalara məruz qoyub. Beləliklə, ABŞ ixracatçıları mallarını bu şirkətlərə göndərməzdən əvvəl ölkənin Ticarət Nazirliyinin bir sıra yoxlamalarından keçməli olurlar.

Son xəbərlər
Digər xəbərlər