26 C
Baku
Tuesday, October 8, 2024

Çinin “CNEEC” şirkəti Azərbaycanda $300 mln. dəyərində şin istehsalı zavodu inşa edəcək

Azərbaycanda avtomobil şin istehsalı zavodunun tikintisinə sərmayələr $300 mln. təşkil edəcək. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Azərbaycanda avtomobil şin istehsalı zavodunun tikintisinə sərmayələr $300 mln. təşkil edəcək. Zavod Sumqayıt Kimya Sənaye Parkı ərazisində tikiləcək. Zavodun tikintisini “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkəti həyata keçirəcək”, – Ş.Mustafayev AzTV telekanalının efirində bildirib.

Onun sözlərinə görə, “CNEEC” şirkəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusuna əldə edəcək.

Hazırda layihədə pay iştirakı aşaöıdakı kimi nəzərdə tutulur: CNEEC – 90%, Azərbaycan İnvestisiya Şirkəti – 10%.

Nazir danşıqlar zamanı AİŞ-in sazişdə payının artacağını istisna etməyib.

“Zavodun istehsal gücü illik 3,3 mln. avtomobil şin təşkil edəcək. Bunlardan 3 mln.-u minik avtomobili, 300 mini yük avtomobili üçün nəzərdə tutulur. Göründüyü kimi, müəssisənin illik gücü yalnız yerli bazar üçün nəzərdə tutulmur. Şinlər qonşu ölkələrə ixrac olunacaq, bu da təbii olaraq Azərbaycanın ixrac potensialının artmasına xidmət edəcək. Müəssisədə 800 yeni iş yeri yaradılacaq”, – Ş.Mustafayev vurğulayıb.

Xəbər verildiyi kimi, cari ilin aprel ayında Azərbaycan və Çin şirkətləri Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində şirkətləri $821 mln. məbləğində sənədlər imzalayıb.

Xüsusilə, Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına dair saziş imzalanıb.

Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.

18 şirkət SKSP-nin rezidenti statusuna malikdir. Onların layihələrə sərmayələri $2,8 mlrd. həcmində qiymətləndirilir.

CNEEC iri beynəlxalq ixtisaslaşmış injinirinq şirkətidir.

©Interfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər