12 C
Baku
Sunday, October 27, 2024

Çinin COVID-19 əleyhinə vaksini 97%-dək təsirli olduğunu göstərib

İndoneziyanın “Bio Farma” şirkəti Çində istehsal olunan koronavirusa qarşı peyvəndin 97%-ə qədər effektiv olduğunu açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bir ay ərzində klinik sınaqlar aparan qrupumuz müəyyən edib ki, Sinovac peyvəndinin effektivliyi 97%-ə çatır”, – deyə “Bio Farma”nın nümayəndəsi bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvarın sonunda yerli tənzimləyici Sinovac vaksinindən fövqəladə hallar zamanı istifadə etməyə icazə verəcək. Xatırladaq ki, daha əvvəl İndoneziya prezidenti Coko Vidodo ölkənin kütləvi vaksinasiyaya başlamaq niyyətində olduğunu açıqlamışdı.

İlk növbədə tibb işçiləri, polis əməkdaşları və hərbçilər peyvəndlə təmin ediləcək.

Son xəbərlər
Digər xəbərlər