Çinin daha bir şirkəti “qara siyahı” ya alına bilər

0

ABŞ prezidenti Donald Tramp administrasiyası, video nəzarət sistemlərinin ən böyük istehsalçılarından biri olan Çin şirkəti “Hikvision” a qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi imkanını nəzərdən keçirir.

Banker.az xəbər verir ki, məhdudiyyətlər qəbul edildikdə, şirkət ABŞ tərəfindən qara siyahıya alınacaq. Bu halda, ABŞ Ticarət Nazirliyi şirkətlərdən “Hikvision” komponentlərinin tədarükü üçün hökumətin razılığını almasını tələb edə bilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Son qərar gələn həftə vəzifəli şəxslər tərəfindən qəbul ediləcək. Digər şeylər arasında Çin şirkəti yol kameraları, dronlar və teplovizorlar istehsal edir. Qara siyahı, Çin şirkətinin avadanlıqlarının işini asanlaşdıran texnologiyalara çıxmasına mane ola bilər.

Xatırladaq ki, mayın 16-da ABŞ Ticarət Nazirliyi “Huawei” və onun 70 bölməsini ölkənin milli təhlükəsizliyinə zidd olan fəaliyyətdə ittiham edərək qara siyahıya almışdır. Nəticədə, Çin şirkəti müvafiq icazələrin olmadığı halda ABŞ-da biznes fəaliyyəti ilə məşğul ola bilməyəcək.

“Huawei” şirkətinin təsisçisi Ren Zhengfei bildirib ki, ABŞ-ın bu qərarı şirkət üçün əhəmiyyətli rol oynamır. Belə ki, müəyyən hazırlıq tədbirləri artıq görülmüşdü və Amerika tərəfi Çin şirkətinin imkanlarını səhv qiymətləndirir.