Çinin “Didi” taksi xidməti IPO zamanı 4 milyard dollardan çox investisiya cəlb edib.
Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb. Bildirildiyi kimi, şirkət səhmlərini 14 dollar dəyərində qiymətləndirib.
Son bahalaşmanı nəzərə alsaq, “Didi”nin kapitallaşması 67 milyard dollardan yüksək olacağını söyləmək olar. Xatırladaq ki, bu, “Uber”dən az (95 milyard dollar), lakin “Lyft”dən (20 milyard dollar) çoxdur.
Şirkətin planları ilə tanış olan mənbələr onun 5-10 milyard dollar cəlb etməyi planlaşdırdığını yazır. Bunun əsas səbəbi kimi ABŞ və Çin arasındakı münasibətlərin kəskinləşməsi göstərilir.
IPO-nun nəticəsi şirkətin investorları potensial böyüməyə diqqət yetirməyə və Çin şirkətlərinə yatırımlarla əlaqəli mümkün siyasi riskləri ləğv etməyə inandırmasından asılı olacaq.
Şirkət rəhbərləri bütün diqqəti biznesin miqyası və gələcəkdə böyümə potensialı üzərində cəmləşdiriblər. Onlara görə, 2030-cu ilə qədər Çin əhalisinin 70%-i avtomobil sahibi olan insanların sayının az olduğu şəhərlərdə yaşayacaq.
“Didi” 2017-ci ildə yaradılıb və taksi, icarə və digər xidmətlər təklif edir. 11 iyunda xidmət ABŞ-da IPO üçün müraciət edib. “Bloomberg” agentliyi nəticədə onun 100 milyard dollar qiymət ala biləcəyini qeyd edib.