Çinin dividend səhmləri 11 ilin maksimumuna çatıb

Çinin dividend ödəyən şirkətlərinin səhmləri 2015-ci ildən bəri ən güclü dövrünü yaşayır. Texnologiya şirkətlərinin səhmlərində artan volatillik investorları daha müdafiə xarakterli aktivlərə yönəldib. Bu barədə Bloomberg yazır.

Şanxay Fond Birjasında ticarət olunan və yüksək dividend ödəyən şirkətləri əhatə edən indeks son iki ay ərzində təxminən 19% yüksələrək 11 ilin ən yüksək səviyyəsinə çatıb. Eyni dövrdə əsasən texnologiya şirkətlərindən ibarət STAR 50 indeksi 24% geriləyib, daha geniş Shanghai Composite indeksi isə təxminən 2,6% azalıb.

Çinin iri banklarından enerji nəhənglərinədək dividend ödəyən şirkətlərin səhmlərində yüksəliş iyul ayında qlobal texnologiya səhmlərinin satış dalğasından sonra sürətlənib. Satışlara süni intellekt sektorunda xərclərin və şirkət qiymətləndirmələrinin həddindən artıq yüksək olması ilə bağlı narahatlıqlar səbəb olub.

Dividend səhmlərinin cəlbediciliyini uzunmüddətli istiqrazların gəlirliliyinin azalması da artırıb. Bu tendensiya dünyanın ikinci ən böyük iqtisadiyyatının zəif perspektivlərini əks etdirir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər