Çinin dövlət borcu tarixi rekordu keçib

Son on ildə Çinin dövlət borcu əhəmiyyətli dərəcədə böyüyüb və ölkənin səlahiyyətliləri üçün ən ciddi problemlərdən birinə çevrilib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Pekin öhdəliklərin artmasını iqtisadi sabitlik üçün potensial təhlükə hesab edir və son illərdə onlardan asılılığı azaltmağa çalışır.

Pandemiya ilk növbədə biznes sahəsinə zərbə vurub və hökumət şirkətlərin kredit almasını asanlaşdırmağa məcbur olub, nəticədə 2020-ci ilin üçüncü rübündə Beynəlxalq Hesablaşmalar Bankının məlumatına görə, Çinin borc səviyyəsi ÜDM-in təxminən 290%-ni təşkil edib.

Koronavirus böhranı ilində ABŞ Yaponiya və Avropa ölkələrinin iqtisadiyyatları oxşar vəziyyətə düşüb. Buna baxmayaraq, Çin yenə də liderlik edir: ölkədə ÜDM-in 160%-i korporativ sektorun payına düşür.

Pandemiyadan sonra iqtisadiyyatın canlanması fonunda Çin əvvəlki məhdudiyyətlərə qayıdıb və “Barclays” bankının mütəxəssislərinə görə, bu ilin sonuna qədər kreditləşmə 10-10.5% azalacaq.

Çinin iqtisadi transformasiya sahəsində ciddi iddiaları var. ÇXR-in lideri Xi Jinping 2035-ci ilə qədər ölkədə adambaşına düşən gəlir səviyyəsinin iki dəfə artırıla biləcəyini söyləyir. Hökumətin kredit almağı sadələşdirmək qərarı sayəsində ölkənin bank sisteminin mənfəəti nəzərəçarpacaq dərəcədə azalıb. Çində bank sektorunun maliyyə göstəricilərindəki pisləşmə son 10 ildə əhəmiyyətli olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.