14 C
Baku
Saturday, April 27, 2024

Çinin “EdTech” şirkətləri yeni qaydaların tətbiqindən sonra kəskin ucuzlaşıb

Çinin təhsil texnologiyaları şirkətlərinin (EdTech) səhmləri iyulun 23-də yeni qaydalar açıqlandıqdan sonra kəskin ucuzlaşıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Beləliklə, bu bazar Honkonq birjasında “New Oriental Education & Technology” kotirovkaları 66%, “Koolearn Technology” – 50%, “Scholar Education” – 57.7% düşüb.

Xatırladaq ki, yeni qaydalara əsasən, yerli hakimiyyət orqanları məktəbdənkənar təhsil mərkəzlərinin yaradılması üçün lisenziyalar verilməsini dayandırmalıdırlar və ölkədə bu cür xidmətlər təklif edən bütün şirkətlər qeyri-rəsmi olaraq yenidən qeydiyyatdan keçməlidirlər. Bundan əlavə, təhsil şirkətlərinə kapital cəlb etmək üçün IPO keçirmək, o cümlədən xarici investorlardan maliyyə cəlb etmək qadağan edilir.

Mütəxəssislərin fikrincə, Çin hökumətinin bu qərarı həcmi 120 milyard dollar olan məktəbdənkənar təhsil sənayesini məhv edəcək. “Chinese Society of Education” statistikasına əsasən, məktəblilərin 75%-dən çoxu bu cür şirkətlərdə əlavə təhsil alır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər