Çinin fond bazarı iqtisadi artımın yavaşlaması, daşınmaz əmlak sektorunda likvidlik böhranı və geosiyasi gərginlik fonunda COVID-19 pandemiyasından əvvəl ən aşağı səviyyəyə düşüb, Banker.az bu barədə Forbes-ə istindən xəbər verir.
Şanxay və Şenjen birjalarında ticarət edilən Çinin 300 ən böyük şirkətinin CSI indeksi bazar ertəsi günü 1.3% azalaraq 3463 bənd olub ki, bu da 2019-cu ildən bəri ən aşağı səviyyədir. Ümumilikdə, 2023-cü ildə bu indeks dollar ifadəsində demək olar ki, 15% azalıb.
“Financial Times” xatırladır ki, 2023-cü ilin əvvəlində Çin səhmləri COVID-19-a qarşı dağıdıcı “sıfır tolerantlıq siyasəti”ndən sonra iqtisadi bərpa ümidi ilə yüksəlməyə başlayıb. Ümumilikdə, Çin şirkətləri bu il 61.2 milyard yuan səhmi geri alıblar.