16 C
Baku
Saturday, November 2, 2024
Home Biznes Texnologiya xəbərləri Çinin geyim markası “Apple” şirkətini oğurluqda günahlandırır

Çinin geyim markası “Apple” şirkətini oğurluqda günahlandırır

0
Çinin geyim markası “Apple” şirkətini oğurluqda günahlandırır

Şirkət “Apple”dan açıq şəkildə üzr istəməyi və dəymiş zərəri ödəməyi tələb edir.

Çinin Kon adlı geyim markası App Store üçün öz loqosunun oğurlanmasında “Apple” şirkətini ittiham edir. Bu barədə Phone Radar saytı xəbər verib. 2009-cu ildə təsis edilmiş geyim şirkətinin verdiyi məlumata əsasən o öz loqosunun bütün müəllif hüquqlarına sahibdir. “Apple” isə həmin loqonu bu ilin Avqust ayından etibarən öz App Store servisi üçün istifadə edir.

image 22484630718827Qeyd etmək lazımdır ki, həmin vaxtda şirkət loqoda olmuş kisti, xətkeşi və karandaşı kəsişən zolaqlar ilə əvəz etmişdi. Nəticədə geyim şirkəti “Apple”dan açıq şəkildə üzr istəməsini, kompensasiya ödəməsini və iddiaya görə ona məxsus olan loqonun iştirak etdiyi məhsulların satışlarının dayandırılmasını tələb edib.

Xəbəri Technote.az yayır.