15 C
Baku
Wednesday, April 24, 2024

Çinin hansı mallarına əlavə tariflər tətbiq olunmayacaq?

Çərşənbə axşamı günü ABŞ, Çindən idxal olunan istehlak mallarına tariflərin tətbiqini təxirə salacağını bildirib.

Banker.az xəbər verir ki, bunun əsas səbəbi Milad alış-veriş mövsümü ərəfəsində müəssisələrə və istehlakçılara ziyana salmamaq istəyidir.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp, Çindən idxal olunan mallara 10%-lik tariflər tətbiq edəcəyini bildirmişdir. Lakin indi bu tariflərin dekabrın 15-dən sonra qüvvəyə minəcəyi məlum olub.

“Biz tarifləri Milad bayramı ərəfəsində tətbiq etmək istəmirik, çünki bu ABŞ-dakı müştərilərə təsir göstərə bilər”, – deyə Tramp bildirib.

Hansı mallara tariflər tətbiq olunmayacaq?

Mobil telefonlar

Ötən ildə ABŞ Çindən idxal etdiyi mobil telefonların ümumi dəyəri 45,8 milyard dollar təşkil edib. Mobil telefonlara tariflər hələki tətbiq edilməyəcək. Bu o deməkdir ki, yaxın aylarda “Apple” məhsullarının qiyməti qalxmayacaq.

Video oyun konsolları

Video oyun konsolları – Milad bayramında insanların almaq istədiyi ən istəkli hədiyyələrdən biridir. Ötən ildə ABŞ-ın Çindən idxal etdiyi video oyun konsollarının ümumi dəyəri 5,4 milyard dollar təşkil edib. Xatırladaq ki, iyun ayında dünyanın ən iri şirkətləri olan “Sony”, “Microsoft” və “Nintendo”, ABŞ-ın ticarət nümayəndəsinə məktub yazaraq bildiriblər ki, “yeni tariflər video oyun istehsalı sahəsinə böyük ziyan vuracaqdır”. Onlar hesab edirlər ki, yeni tariflər müştərilərə 840 milyon dollara başa gələcək.

Planşet və noutbuklar

2018-ci ildə ABŞ Çindən 38,9 milyard dollar, Tayvandan 1,1 milyard dollar, Vyetnamdan isə 792,1 milyon dollar dəyərində noutbuk və planşet idxal edib.

Milad bəzəkləri

Ötən ildə ABŞ-ın idxal etdiyi milad bəzəklərinin ümumi dəyəri 2,2 milyard dollar təşkil edib.

Təbrik açıqcaları

Hallmark brendinin verdiyi məlumata görə, hər il ABŞ-a 1,3 milyard ədəd açıqca göndərilir.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər