37 C
Baku
Tuesday, August 16, 2022

Çinin internet xidmətlər sektorunun qazancı 140 mlrd. dolları ötüb

Bu ilin 10 ayında Çinin internet və əlaqəli xidmətlər sektorunun gəliri 21% artaraq 140,6 milyard dollara çatıb. Bu göstərici keçən ilin eyni dövrünə görə 3 faiz bəndi yüksəkdir.

Bu barədə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi (MIIT) məlumat yayıb.

Məlumata görə, sektorun qazancı isə keçən ilin eyni dövrü ilə müqayisədə 15,1% artaraq 85,6 milyard yuana çatıb.

Sektorun “araşdırma-inkişaf” proqramlarının xərcləri analoji dövrünə nisbətən 23,6% artaraq, təxminən, 40 milyard yuana çatıb.

Xatırladaq ki, “MIIT” statistikasına keçən il illik gəliri 5 milyon yuandan çox olan şirkətlər daxildir.

©Report

Son xəbərlər
Oxşar xəbərlər