9 C
Baku
Friday, December 13, 2024

Çinin kriptovalyuta bazarına təsir edə biləcək qadağa niyyəti

Çin hökuməti kriptovalyutalarla mərkəzləşdirilmiş ticarət aparan birjalara çıxışa qadağa qoymaq niyyətindədir

“Bloomberg” agentliyinə istinadən, daha əvvəl Çinin tabeçiliyində olan bütün iri kriptovalyuta birjaları bağlansa da, hökumətin fikrincə, bu, kifayət etməyib. Onlar Çin ərazisində yaşayan vətəndaşların kriptovalyuta birjalarına çıxışını bloklaşdırmağı planlaşdırdıqlarını bildiriblər.

“Bloomberg”in Çindəki mənbələrə istinadən verdiyi xəbərə görə, yerli və xarici bütün kriptovalyuta birjalarına çıxışa qadağa qoyulması gözlənilir. Çin hökuməti həmçinin mərkəzləşdirilmiş kriptovalyuta birjalarında kotirovkaların təminatı, hesablaşmalar və klirinq həyata keçirən fiziki və hüquqi şəxslərin fəaliyyətinə məhdudiyyətlər qoymaq niyyətindədir.

Qeyd edək ki, xəbərin açıqlanması kriptovalyuta bazarında qlobal satışa səbəb olub və bazarın kapitallaşmasının 650 mlrd. dollardan aşağı düşməsinə gətirib çıxarıb. “Bitcoin”in qiyməti isə ilin ən minimal səviyyəsi – 13 150 dollara qədər geriləyib. “Report”un analitik qrupu kriptovalyuta bazarında satışın sürətlənə biləcəyini proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər