15 C
Baku
Saturday, April 20, 2024

Çinin mərasim pulları

Çin mərasiminlərə aid olan pullar, çinlilər tərəfindən dəfn və ölülərə rəhmət duası oxuma mərasimlərində istifadə edilən özünəməxsus talismandır.  Bunlar rəhmətə gedənlərə müəyyən dini mərasimlərin köməyi ilə axirət dünyasına verilən öz özlüyündə əsl pul əskinaslarına oxşar pullardır.  Bəzən onları eləcə də “cəhənnəm pulları” yaxud ingilis variantında Hell bank note adlandırırlar.

Çin dini mərasiminə aid olan pullar ancaq ÇXR-də deyil, çinlilərin olduğu hər yerdə, o cümlədən ABŞ-da və digər ölkələrdə də istifadə edilir.  Xürafata müvafiq olaraq mərhum bu simvolik bankontların köməyi ilə birincisi, öz axirət həyatını yaxşılaşdıra, ikincisi dünyəvi həyatında etdiyi günahlarına görə divanxanada rüşvət verərək cəzadan boyun qaçıra bilər.

Dini mərasimə aid olan pullar zahirən “oyun pulları” adlandırılan pullara oxşayırlar.  Lakin çinlilər onları Avropa ənənəsində mərhumlara əsl güllərin simvolu olan süni güllərin təqdim olunması kimi ciddi qəbul edirlər.

funeral%20money

Çox vaxt belə banknotlar ABŞ dollarlarına bənzəyirlər. Bununla belə onlar bir qayda olaraq, çox böyük nominala, 10 min, 100 min və hətta 1 mln dollar nominalına malikdirlər. Maraqlıdır ki, XX əsrin ortalarında dini mərasimə aid olan pullar milli valyutada nominasiya edilmişdi və onlar başqa qiymətlərdə: 5, 10 və daha böyük məbləğdə çin yuanı dəyərində idilər.

funeral%202

Bu pulların üzərində demək olar ki, daoss ponteonunun ali Allahının taxtında əyləşmiş Nefrit imperatorunun portreti mütləq atribut idi.  Lakin eləcə də Amerikanın məşhur adamları: prezident Con Kennedi, alim Albert Eynşteyn, aktrisa Merilin Monro təsvir edilmiş əskinaslara da rast gəlmək olar.

Pulların mərhuma verilməsi mərasimi banknotların məzarın üzərində yaxud məbədlərdə xüsusi ayrılmış yerlərdə onların yandırılmasından ibarətdir.  Əskinasları odun üzərinə  bağlı dəstdə deyil, yelpik formasında qoyurlar.

Dini mərasimə aid olan pullar Çində adi polietilen paketlərdə 50-150 ədəd miqdarında satılır. Onları sağ adama vermək qəbul edilməyib. Bu təhqir və hətta ölüm arzulamaq kimi qəbul olunur. Və əksinə, əsl pullardan dini mərasimə aid olan pullar kimi istifadə etmək pis əlamət hesab edilir.

Mərhumlara pul ötürmək ənənəsi Çində nisbətən gec: hesab edilir ki, harada isə XIX əsrin sonlarında qəbul olunub.  Bəzi tarixçilər belə fikir irəli sürürlər ki, Şərqdə Avropa xristian missionerlərinin cəhənnəm haqqında nəzəriyyələri belə qəbul edilmişdir.

Son xəbərlər
Digər xəbərlər