17 C
Baku
Friday, October 18, 2024

Çinin müdafiə nazirinin Rusiyaya səfərinin məqsədi məlum olub

“Müdafiə naziri vəzifəsinə təyinatdan sonra Rusiyaya ilk xarici səfərim Çin Xalq Respublikasının Rusiya ilə strateji əməkdaşlığı gücləndirməkdə qəti niyyətini bütün dünyaya nümayiş etdirmək məqsədi daşıyır”.

Bu barədə Li Şanfu Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib.

“Müdafiə naziri vəzifəsinə təyin olunduqdan sonra Çin-Rusiya münasibətlərinin yüksək inkişaf səviyyəsini dünyaya nümayiş etdirmək, Çin və Rusiya Silahlı Qüvvələri arasında strateji əməkdaşlığı gücləndirmək əzmini nümayiş etdirmək üçün səfərin birinci yeri məhz Rusiyayadır”, – deyə Çin MN başçısı vurğulayıb.

Li Şanqfu Rusiyada səmimi qəbula görə Şoyquya təşəkkür edib və qeyd edib ki, təyinatdan sonra ona ilk təbrik məktubu Rusiya Federasiyasının müdafiə nazirindən gəlib. “Əminəm ki, biz gələcəkdə yaxşı iş və şəxsi münasibətlərimizi mütləq qoruyacağıq”, – deyə Çinin müdafiə naziri əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər