10 C
Baku
Friday, December 13, 2024

Çinin müdafiə nazirinin vəzifəsindən azad olunduğu bildirilir

Qərb mətbuatı Çin müdafiə naziri Li Şanqfunun postundan azad olunduğu və haqqında tədqiqat başladıldığı barədə məlumat yayıb.

O, sonuncu dəfə avqustun 29-da ictimaiyyət qarşısına çıxıb və o vaxtdan görünməyib.

Qərb mətbuatının xəbərinə görə, təxminən iki həftədir ictimaiyyət qarşısına çıxmayan Çinin müdafiə naziri Li Şanqfu vəzifəsindən uzaqlaşdırılıb. “The Wall Street Journal” bildirib ki, Li keçən həftə sorğu-sual olunaraq vəzifəsindən uzaqlaşdırılıb.

“Financial Times” ABŞ rəsmilərinə istinadən yazıb ki, Li-nin istintaq altında olduğu ehtimal olunur.

Çin Müdafiə Nazirliyi göndərilən sorğulara cavab verməyib.
65 yaşlı Li Şanqfu Vyetnam və Sinqapurdan olan həmkarları ilə görüşlərdə iştirak etməyib. O, sonuncu dəfə Pekində avqustun 29-da Afrika ölkələri ilə təhlükəsizlik forumunda əsas nitqlə çıxış edərkən görünüb.

Bir neçə həftə əvvəl xarici işlər naziri Qin Qanqın yoxa çıxması da oxşar fərziyyələrə səbəb olmuşdu. 57 yaşlı XİN rəhbəri İndoneziyadakı sammitdə iştirak etmədikdən sonra onun vəzifədən azad olunması barədə fikirlər səsləndirlirdi və Çinin dövlət mediası iyulun sonunda onun sələfi Vanq Yi-nin XİN rəhbəri təyin olunduğunu yazdı.

Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq gündəlik mətbuat konfransında sualları cavablandırarkən nazir Linin təhqiqat altında olub-olmadığı ilə bağlı suala, “müvafiq məlumatlardan xəbərdar olmadığı” cavabını verib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər