15 C
Baku
Saturday, April 20, 2024

Çinin müdaxilələrindən sonra texnologiya şirkətlərinin zərəri artıb

Çin Prezidenti Si Tszinpinin “ümumi rifah” çağırışından və texnologiya şirkətlərinin qazanclarını tənzimləməsindən sonra ən çox zərər ölkənin texnologiya şirkətlərinə dəyib.

Bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu il ən çox zərərə uğrayan şirkətlər siyahında ilk 10 şirkətdən 6-sı Çinə, 2-si Fransaya, digərləri isə Cənubi Koreyaya və Böyük Britaniyaya məxsus olub. Siyahıya isə Çinin ən böyük kənd təsərrüfatı platforması “Pinduoduo”nun qurucusu Colin Huang başçılıq edib. O, hesabat dövründə 27,4 milyard ABŞ dolları itirib. Növbəti pillələrdə isə Çinli milyarder Çjun Şanşan (18 milyard ABŞ dolları), Cənubi Koreyalı milyarder Cey Li (16,9 milyard ABŞ dolları) qərarlaşıb.

Qeyd edək ki, siyahıda ilk 10-da qərarlaşan Çin şirkətlərinin ümumi zərəri 96 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Çin texnologiya şirkətlərinin iqtisadiyyatdakı payının artmasından sonra son 5 ildə milyarderlərin sayı 2 dəfə artmışdı. Hazırda Çində mindən çox dollar milyarderi var. Ancaq son zamanlar bu sektora yönəlmiş tənzimləmə dalğası və Pekinin texnologiya nəhənglərinə tətbiq etdiyi sanksiyalar səbəbiylə çinli milyarderlərin sərvətində ciddi bir dəyişiklik müşahidə edildi.

Çinin rəqəmsal texnologiya bazarına müdaxilələri, ölkənin inkişaf planına daxil olan milli təhlükəsizlik və yoxsulluqla mübarizə planlarının bir hissəsi olaraq görülür. Çin Prezidenti Si Tszinpinin, ortaq rifah proqramı ilə gəlir bərabərsizliyini azaltmağı planlaşdırır.

Bu plana əsasən, Çin zənginlərin iqtisadi artımdan aldığı payın azaldılması və məlumat təhlükəsizliyini təmin etmək üçün texnologiya şirkətlərinə müxtəlif müdaxilələr edib. Bir çox şirkətin fəaliyyətinə müdaxilə edilərkən, “Alibaba” və “Tencent” kimi şirkətlər yüksək miqdarda cərimələnmişdilər.

Son xəbərlər
Digər xəbərlər