22 C
Baku
Tuesday, April 23, 2024

Çinin növbəti hədəfi Amerikanın hərbi təyyarələridir [şərh]

Bir neçə gün əvvəl ABŞ hərbi dəniz qüvvələrinə məxsus “F-35” yeni nəsil qırıcı təyyarəsi Cənub Çin dənizində “Carl Vinson” təyyarədaşıyan gəmisinə eniş edərkən qəzaya uğrayıb. Bu tip müasir təyyarələrin dəyəri təxminən yüz milyon dollardır. Söhbət yalnız təyyarənin dəyərindən getmir. Həmin təyyarənin idarəetməsi ən müasir texnologiyalara əsaslanır.

ABŞ dənizə düşən həmin təyyarəni qısa zamanda göyərtə qaldırmalıydı ki, Çini hərbi gəmiləri hadisə yerinə yaxınlaşmasın. Çin dünyada modern texnikalarının “kopyalaması” ilə məşhurdur. Həmin təyyarədə isə Amerikanın müasir və gizli texnologiyaları yer alıb. Ona görə də Pentaqon təyyarəsinin Çinin ələ keçirilməsinin qarşısını almalı idi.

Banker.az xəbər verir ki, bununla bağlı şərh verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu şərh verib.

Buna baxmayaraq, Çinin Amerikanın hərbi təyyarələrini başqa yollarla ələ keçirməsi təşəbbüslərindən əl çəkməyib. “Defense News” dərgisinin yazdığına görə, Çin Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar apararaq onlara məxsus F-35 təyyarələri almağa çalışır. Amerikalı ekspert Emili Hardinqin sözlərinə görə, Çinin “Huawei” şirkəti 5G texnologiyasını mənimsəyib və bu texnologiyanı Birləşmiş Ərəb Əmirliklərindən əldə etmək istədiyi təyyarələrdə yerləşdirməyi planlaşdırır. Pekinin bir başqa məqsədi ABŞ təyyarəsindəki mövcud texnologiyaları öyrənib eynisini artıq öz hərbi təyyarələri üçün istehsal etməkdir. Böyük Britaniyanın bir başqa eksperti Andreas Kreyq hesab edir ki, Çin Amerika təyyarələrindəki gizli serverləri asanlıqla ələ keçirə bilər.

Mövcud vəziyyət Pentaqonu narahat etdiyindən Birləşmiş Ərəb Əmirliklərinin Çinə təyyarə satışıyla bağlı danışıqları dayandırmağı tələb edib. Amerikanın bir başqa tələbi “Huawei” şirkəti ilə təmasların dayandırılmasıdır. Ancaq Pentaqon üçün Çini nəzarətdə saxlamaqda getdikcə çətinləşir. Pekin son illərdə hərbi qüdrətini xeyli artırıb. Çin keçmiş illərdə hərbi texnikanı müxtəlif ölkələrdən alırdı. Ancaq son illərdə Çinin hərbi sənaye kompleksi xeyli inkişaf edib. Buna baxmayaraq, Çin hərbi texnikanın istehsalında Amerika ilə ayaqlaşmaq istəyir. Bunun üçün sürəti artırmağa və başqalarının icadından yararlanmağa üstünlük verir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər