8 C
Baku
Bazar, Yanvar 23, 2022

Çinin onlayn ticarət platforması Subaylar Günü 56,4 mlrd. dollarlıq mal satıb

Çində Subaylar Gününə həsr olan dünyanın ən böyük onlayn alış-satış festivalı çərçivəsində “Alibaba” elektron ticarət platformasının satışlarının həcmi 372,3 mlrd. yuanı (56,4 mlrd. ABŞ dolları) ötüb.

Bu barədə şirkətin açıqlamasında deyilir.

Pik dövrdə saniyədə sifariş sayının 583 minə çatdığı qeyd edilir. Bu il satışa 800 mln. çox müştəri, 250 min brend və 5 mln. mağaza qatılıb.

Eyni zamanda, 13 brendin satışları 1 mlrd. yuanı (151,5 mln. dollar) ötdüyü, 342 brendin hər birinin isə 100 mln. yuandan (15,1 mln. dollar) çox malın satdığı bildirilir.

Qeyd edək ki, Çində Subaylar Günü hər il noyabrın 11-də qeyd olunur.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər