5 C
Baku
Thursday, November 7, 2024

Çinin “Sinopham” şirkəti peyvəndinin 79.34% təsirli olduğunu açıqlayıb

Çinin “Sinopham” əczaçılıq şirkəti koronavirusa qarşı peyvəndinin 79.34% təsirli olduğunu açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Sinopharm şirkətinin peyvəndi yaxşı təhlükəsizlik səviyyəsini nümayiş etdirib. Belə ki, iki inyeksiyadan sonra sınaq iştirakçılarında yüksək titrli antikorlar formalaşıb. Ümumilikdə, COVID-19-a qarşı olan bu peyvəndin təsirliliyi 79.34% təşkil edib”, – açıqlamada deyilir.

Şirkətdə bu nəticələrin aralıq olduğu və  peyvəndin klinik sınaqlarının üçüncü mərhələsi zamanı əldə edildiyi qeyd olunur.

 

Son xəbərlər
Digər xəbərlər