17 C
Baku
Cümə, May 20, 2022

Çinin smartfon istehsalçıları vahid sürətli şarj standartını yaratmaq üçün birləşdilər

Çinin aparıcı markaları – “Xiaomi”, “Huawei”, “Honor”, “Vivo” və “Oppo” – “Mobil cihazlar üçün universal sürətli şarj” sənədini imzalayıblar.

Bildirildiyi kimi, təşəbbüs həmçinin mikrokontroller istehsalçısı “Rockchip” və Çin Məlumat və Kommunikasiya Texnologiyaları Akademiyası tərəfindən dəstəklənib. Hazırda tərəflər sənədin təfərrüatları barədə razılığa gəlirlər və yaxın gələcəkdə unifikasiyaya nail olacaqlarını açıqlayırlar.

Vahid standart inkişaf xərclərini azaldacaq və elektron tullantıların azaldılmasına kömək edəcək. İstifadəçilər artıq şarj cihazının yeni smartfona uyğun olub-olmadığı barədə düşünməyəcəklər.

Xatırladaq ki, 2021-ci ilin mayında “Xiaomi” yeni “HyperCharge” adlı sürətli şarj cihazını təqdim edib. Şirkət onun 4000 mAh tutumlu batareya ilə təchiz edildiyini və smartfonu cəmi 8 dəqiqəyə şarj etdiyini bildirib.

Son xəbərlər
Oxşar xəbərlər