Çinin texnologiya nəhəngləri “ByteDance”, “Alibaba” və “Tencent” aprel ayında Çinə qarşı tətbiq edilən yeni məhdudiyyətlər qüvvəyə minməzdən əvvəl çox miqdarda “Nvidia” çiplərini alıb. “Nikkei” yazır ki, sözügedən H20 çipləri xüsusi olaraq Çin üçün hazırlanıb və bütün ixrac tələblərinə cavab verir.
Şirkətlər “Nvidia”dan 2025-ci ilin may ayının sonuna qədər təxminən 1 milyon H20 çipi tədarük etməyi planlaşdırır. Mənbələrə görə, sifarişin dəyəri 12 milyard dolları keçir. Bundan əlavə, “Nikkei” yazır ki, Çin şirkətləri “Nvidia” çiplərini Çindən kənarda almaq imkanlarını araşdırır.