1 C
Baku
Saturday, December 14, 2024

Çinin texnologiya nəhənglərinin dəyəri altı ayda $800 mlrd. azalıb

Çinin ən böyük texnologiya şirkətlərinin dəyəri altı ayda 800 milyard dollar azalıb. Bildirildiyi kimi, ən çox “Tencent”in səhmləri ucuzlaşıb. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İnvestorlar Pekinin İT sektoruna qarşı sərt tədbirlər görməyə davam edəcəyindən qorxaraq qiymətli kağızları satmağa tələsirlər.

“Bloomberg” agentliyinin hesablamalara görə, əsas itkilər bu oyunçularda olub:

1. “Tencent” (-264.3 milyard dollar);

2. “Alibaba” (-171.2 milyard dollar);

3. “Kuaishou Technology” (-133.8 milyard dollar);

4. “Meituan” (-119.9 milyard dollar);

5. “JD.com” (-54 milyard dollar);

6. “Pinduoduo” (-36.4 milyard dollar);

7. “Baido” (-17.1 milyard dollar);

8. “Xiaomi” (-12.4 milyard dollar).

“Pegasus Fund Managers” investisiya şirkətinin direktoru Po Pon qeyd edir ki, ilin üçüncü rübündə qiymətli kağızların satışı davam edib. Top-menecer Çin hökumətinin İT sektoruna qarşı tədbirləri sərtləşdirməyə davam edəcəyini hesab edir.

Xatırladaq ki, Çinin lideri Xi Jinping tərəfindən başladılan genişmiqyaslı kampaniya 2020-ci ilin noyabrında başlayıb. Onda tənzimləyicilər “Alibaba” şirkəti və onun sahibi Cek Maya qarşı bir sıra məhdudiyyətlər tətbiq edib.

Bir qədər sonra “Alibaba”ya qarşı antiinhisar araşdırmalara başlanılıb və Çin hökuməti şirkəti 2.8 milyard dollar cərimə edib. Bu ilin iyulunda “Uber”in Çindəki rəqibi “Didi” taksi xidməti də bir sıra problemlərlə üzləşib. Çin şirkəti tətbiqini onlayn mağazalardan silməyə məcbur edib. Nəticədə “Didi” dəyərinin 20 milyard dollarını itirib.

Son xəbərlər
Digər xəbərlər