27 C
Baku
Saturday, July 27, 2024

Çinin texnoloji nəhəngləri əlavələr mağazası yaradacaqlar

Çinin “Xiaomi”, “Huawei Technologies”, “Oppo” və “Vivo” kimi texnoloji nəhəngləri oyun, musiqi, film və müxtəlif əlavələrin yerləşdiriləcəyi və satılacağı vahid platformanın yaradılması üzərində çalışırlar.

“GDSA” (Global Developer Service Alliance) adlı platforma proqram tərtibatçılarına məhsulları xarici bazarlarda tanıtdırmağı asanlaşdıracaq. Dörd şirkətin hər biri konkret regionlarda öz üstünlüyündən istifadə edəcək. Məsələn, “Xiaomi” Hindistanda, “Vivo” və “Oppo” Cənub-Şərqi Asiyada, “Huawei” Avropada.

Analitiklərin fikrincə, “GDSA” platforması “Google Play” servisi ilə ciddi rəqabət aparacaq. Yeni platformanın martda istifadəyə veriləcəyi gözlənilir.

©İctnews

Son xəbərlər
Digər xəbərlər