9 C
Baku
Wednesday, April 16, 2025

Çinin ticarət profisiti rekord $171 milyarda çatıb

2025-ci ilin yanvar-fevral aylarının nəticələrinə görə, Çinin ticarət profisiti 171 milyard dollar təşkil edib ki, bu da rekord göstəricidir. İxrac 2.3% artaraq 540 milyard dollar, idxal isə 8.4% azalaraq 369 milyard dollar təşkil edib.

ABŞ Çinin ən böyük ticarət tərəfdaşı olaraq qalır, ticarət dövriyyəsi ilk iki ayda 2.4% artıb: ixrac 2.3%, idxal isə 2.7%. Martın 4-dən ABŞ Çin mallarına tətbiq edilən tarifləri 10%-dən 20%-ə qaldırıb.

Dünən ABŞ İqtisadi Təhlil Bürosu yanvar ayında ABŞ-nin ticarət kəsirinin 2024-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq 131.4 milyard dollar təşkil etdiyini göstərən məlumatları dərc edib.

Son xəbərlər
Digər xəbərlər