14 C
Baku
Saturday, November 23, 2024

Çinin ÜDM artımı 2022-ci ildə 3%-dək yavaşlayıb

2022-ci ildə Çin iqtisadiyyatının artımı 3% təşkil edib. Rəsmi proqnoz isə 5.5% olub. 2021-ci ildə ÜDM 8.4%, 2020-ci ildə isə 2.2% artıb. Qeyd edək ki, Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə azalıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

AFP-nin məlumatına görə, 3% artım Çin üçün son 40 ildə ən zəif göstəricilərdən biridir. Dördüncü rübdə ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9% artıb. Birinci rübdə artım 4.8%, ikinci rübdə 0.4%, üçüncü rübdə 3.9% təşkil edib.

İri sənaye müəssisələrinin istehsalının həcmi 2021-ci ildəki 9.6% qarşı 3.6% artıb.

Dekabrda Çin ixracatında azalma tempi pandemiyanın başlanğıcından bəri pik həddinə çatıb – illik daşınmalar 9.9%, idxal isə 7.5% azalıb. Azalma, koronavirusla mübarizəyə yanaşmaların dəyişməsi fonunda ölkə daxilində xarici tələbin və işgüzar fəallığın zəifləməsi ilə əlaqələndirilir: ÇXR hakimiyyəti bərpa prosesini dəstəkləyəcəyi gözlənilən, xaricdən giriş də daxil olmaqla, məhdudiyyətlərin əksəriyyətini artıq ləğv edib.

Son xəbərlər
Digər xəbərlər