Çinin ÜDM artımı ABŞ-la ticarət müharibəsi fonunda yavaşladı

Cari ilin III rübündə Çində ÜDM artımı ABŞ-la ticarət müharibəsinin təzyiqi altında 6,5 faiz ləngiyib. Bu rəsmi proqnozlara görə gözlənilən olsa da, ekspertlərin rəylərindən və əvvəlki rübün göstəricisində pis nəticədir.

Banker.az Report-a istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika Bürosunun məlumatlarında bildirilir.

“İlkin hesablamalara görə, 2018-ci ilin I rübündə Çinin ÜDM-in illik artım tempi 6,8%, ikinci rübdə 6,7%, üçüncü rübdə isə 6,5% təşkil edib”, – deyə cümə günü yayılan hesabatda bildirilir.

Bundan əvvəl Çinin ABŞ-dan neft idxalını 10 dəfədən artıq azaldığı xəbər verilmişdi.