Çinin ÜDM-i 2024-cü ilin sonuna kimi 5% artaraq 134.9 trilyon yuan (18.4 trilyon dollar) təşkil edib. Bu, əvvəllər ölkə hökuməti tərəfindən müəyyən edilmiş “təxminən 5%” hədəfinə uyğundur. Eyni zamanda, iqtisadi artım 5.2% təşkil edən 2023-cü illə müqayisədə bir qədər yavaşlayıb.
Dördüncü rübdə Çinin ÜDM-i 5.4% artıb ki, bu da analitiklərin proqnozlarını üstələyib. Bu, bir il ərzində ən böyük rüblük artımdır – ilk üç rübdə Çin iqtisadiyyatı müvafiq olaraq 5.3%, 4.7% və 4.6% artıb.
“Pinpoint Asset Management” investisiya şirkətinin prezidenti Zhiwei Zhang deyib: “Keçən ilin sentyabr ayında edilən siyasət dəyişikliyi iqtisadiyyatın dördüncü rübdə sabitləşməsinə kömək etsə də, iqtisadi sürəti və bərpanı saxlamaq geniş əsaslı və davamlı siyasət tələb edir”.