10 C
Baku
Saturday, November 23, 2024

Çinin ÜDM-i birinci rübdə 4.5% artıb

Dövlət Statistika Bürosunun məlumatına görə, Çinin ÜDM-i 2023-cü ilin birinci rübündə 28 499 trilyon yuan (4.14 trilyon dollar) təşkil edib. İllik əsasda artım 4.5%, əvvəlki rüblə müqayisədə isə 2.2% olub.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Xüsusilə xidmətlər sektoru yüksək artım tempi (5.4%) nümayiş etdirib. ÜDM-in artımını həmçinin kənd təsərrüfatı (3.7%) və sənaye (3.3%) sahələri təmin edib.

İqtisadi artım Çinin koronavirus pandemiyası ilə əlaqədar tətbiq etdiyi məhdudiyyətlərdən imtina etməsi fonunda baş verir. 2022-ci ildə Çinin iqtisadi artımı 3%-ə qədər yavaşlayıb, rəsmi proqnoz isə 5.5% olub. 2021-ci ildə ÜDM 8.4%, 2020-ci ildə 2.2% artıb.

Son xəbərlər
Digər xəbərlər