Çinin valyuta ehtiyatları ardıcıl 11 ay artaraq dekabrda da yüksəlişini davam etdirib.
“Interfax” agentliyinə istinadən, dekabr ayında Çinin valyuta ehtiyatları 20,7 mlrd. dollar və ya 0,66% artaraq 3 139,9 mlrd. dollara çatıb. Nəticədə, Çinin valyuta ehtiyatları 2016-cı ilin sentyabr ayından sonra maksimal həddə yüksəlib.
2017-ci ilin yekununda Çinin valyuta ehtiyatları 129,4 mlrd. dollar və ya 4,3% artım göstərib. Artıma səbəb Çin hökumətinin kapitalın sərbəst hərəkətini məhdudlaşdırması qərarı olub.
Qeyd edək ki, Çin valyuta ehtiyatlarına görə dünya lideridir. 2014-cü ilin iyun ayında ehtiyatlar rekord həddə – 4 trln. dollara çatıb. 2017-ci ilin yanvarında isə qlobal maliyyə böhranı nəticəsində ehtiyatlar 3 trln. dollar səviyyəsindən aşağı enib.